“AzParking"lə bağlı şaiyələr yayılıb – Şirkətdən ittihamlara cavab

Sosial şəbəkələrdə yayılan iddialara görə "AzParking" şirkətində çalışan əməkdaşlara iş saatları ərzində təbii ehtiyaclarını ödəmək üçün yalnız gündə bir dəfə icazə verilir. Bu isə əməkdaşların həm sağlamlığına, həm də iş şəraitinə ciddi mənfi təsir göstərə biləcək amil kimi qiymətləndirilir. İctimaiyyət bu məsələnin araşdırılmasını və lazımi tədbirlərin görülməsini tələb edir.
Bəs görəsən, şirkət daxilində belə qərar qəbul olunubmu?
“Azparking”dən Avtosfer.az-a bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əməkdaşlarımızın əmək hüquqları tam şəkildə qorunur:
"Parklanma xidməti üzrə bələdçi vəzifəsində çalışan əməkdaşlarımızın iş rejimi əmək müqaviləsinə uyğun şəkildə növbəli qrafik əsasında tənzimlənir. Birinci növbə Bazar ertəsi–Şənbə günləri saat 07:00-dan 14:30-dək, ikinci növbə isə Bazar ertəsi–Şənbə günləri saat 14:30-dan 22:00-dək müəyyən edilmişdir. İş günü ərzində 1 saat nahar fasiləsi nəzərdə tutulub və bələdçilər tərəfindən məntəqələri nəzarətsiz saxlamamaq üçün növbəli şəkildə istifadə olunur. Əmək Məcəlləsinin 103.5-ci maddəsinə əsasən nahar fasilələrindən işçi öz mülahizəsinə uyğun istifadə etməkdə sərbəstdir.
Əlavə olaraq bildiririk ki, əməkdaşların təbii ehtiyaclarının ödənilməsi ilə bağlı şirkət tərəfindən heç bir məhdudiyyət qoyulmamış, rəhbərlik səviyyəsində bu istiqamətdə hər hansı qərar qəbul edilməyib, günün istənilən vaxtı fasiləyə çıxmaq imkanı təmin edilib.
Müraciətdə qeyd olunan məsələ 12.06.2025-ci il tarixində sahə rəisi ilə parklanma xidməti üzrə bələdçi arasında baş vermiş qeyri-rəsmi xarakter daşıyan prosesdir və şirkətin rəsmi prosedurlarına, daxili qaydalarına və iş axınına aidiyyəti yoxdur. Sözügedən hal üzrə şirkət tərəfindən araşdırma aparılıb və sahə rəisi vəzifəsindən azad edilib.
"AzParking" MMC olaraq əsas hədəfimiz vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərmək, eyni zamanda bu prosesdə əməkdaşlarımızın bütün hüquqlarını qorumaq və fəaliyyətimizi ədalət, etibar və qarşılıqlı dəyər prinsiplərinə əsaslanaraq həyata keçirməkdir".
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












