Azyaşlı bloger Ermənistanın faşist siyasətinə etirazını bildirib - VİDEO

İsveçrədə yaşayan 13 yaşlı azərbaycanlı bloger Ilkin Səfərli Ermənistanın ölkəmizə qarşı işğalçı və təcavüzkar siyasətinə etiraz əlaməti olaraq dünya ictimaiyyətinə müraciət edib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Cenevrədəki beynəlxalq məktəbdə təhsil alan yeniyetmə soydaşımız Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistan tərəfindən işğal edildiyi, 30 ildir həmin bölgədə qeyri-qanuni qondarma rejimin fəaliyyət göstərdiyi, Xocalı soyqırımı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən uzaqda yerləşən Tovuz istiqamətindəki dövlət sərhəddinə hücum etdiyi, Azərbaycan diasporunun xaricdə keçirdiyi etiraz aksiyaları barədə ətraflı məlumat verib. Onun müraciəti görüntülərlə və məntiqli suallarla müşayiət olunub.
O, Tovuz təxribatından sonra dünya azərbaycanlılarının xarici ölkələrdə dinc və sivil qaydada etiraz aksiyaları keçirdiyinə, özünün də azərbaycanlı icmasının BMT-nin Cenevrədəki mənzil-qərargahının qarşısında gerçəkləşdirilən mitinqdə iştirak və cıxış etdiyinə, xalqımızın sülh yolu ilə haqqı tələb etdiyinə diqqəti cəlb edib. Azərbaycan diasporunun Ermənistanın faşist mahiyyətli siyasətinə qarşı bütün dünyada ayağa qalxmasından sonra ermənilərin barbar və terrorçu xisləti ilə Los-Ancelesdə, Brüsseldə və Londonda azərbaycanlı etirazçılara hücum etdiklərini, Kiyevdə gecə 4 tələbəni güllələyərək yaraladıqlarını vurğulayıb.
Bloger azərbaycanlıların və ermənilərin aksiyalarını müqayisə edib. Bu zaman onun təqdim etdiyi görüntülərdə azərbaycanlıların bütün hüquqi və davranış qaydalarına riayət etməsi, ermənilərin isə Azərbaycanın dövlət bayrağına qarşı yolverilməz və təhqiramiz hərəkətləri, onların soydaşlarımıza hücumları nümayiş etdirilib.
Azyaşlı soydaşımız dünya ictimaiyyətinə müraciət edərək, torpaqlarımızın erməni işğalından dinc yolla azad edilməsinə və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına çağırış edib.
Onun cıxışı "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Mən Azərbaycandanam və Biz sülh istəyirik!" şüarları ilə yekunlaşıb.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












