“Azyaşlıların texnologiyadan istifadəsinə xüsusi proqramla nəzarət mütləqdir” – PSİXOLOQDAN AÇIQLAMA - FOTO

Uşaqlar arasında yayılan onlayn oyun vərdişləri ailələr üçün yeni bir təhlükəyə çevrilməkdədir. Bu oyunların cazibəsi bəzi hallarda uşaq və yeniyetmələrdə ciddi asılılıq yaradır. Belə asılılıq həm psixoloji, həm də sosial baxımdan narahatedici nəticələr doğura bilər. Zamanla bu vərdiş aqressiya, təşviş pozuntusu, sosial təcrid, hətta maddi problemlərlə nəticələnə bilər.
Ən təhlükəli məqamlardan biri də budur ki, uşaqlar bu oyunlar vasitəsilə tanımadıqları şəxslərlə ünsiyyət qurur, bəzən aldanaraq şəxsi məlumatlarını paylaşır və nəticədə şantaj halları ilə üzləşə bilirlər. Valideynlər bu proseslərdən xəbərsiz olduqda isə risklər daha da artır. Ona görə də valideynlər övladlarının onlayn fəaliyyətinə nəzarət etməli, mümkün risklər barədə onlarla açıq şəkildə danışmalıdırlar.
Bəs onlayn oyun asılılığı böyüyən nəsli hansı real təhlükələrlə üz-üzə qoyur?
Mövzu ilə bağlı psixoloq Aygül Məlikova Avtosfer.az-a açıqlamasında bildirib ki, onlayn oyunlar azyaşlıların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib:

“Lakin bu oyunların cazibəsi bəzi hallarda asılılıq səviyyəsinə qədər yüksəlir. Asılılıq yarandıqda, uşaqlar bu oyunlara pul yatırmağa başlayır və zamanla maliyyə çətinlikləri meydana çıxa bilər. Bu vəziyyətdən yayınmaq üçün isə uşaqlar yalan danışmağa, valideynlərini aldatmağa belə məcbur olurlar.
Onlayn oyunlar yalnız əyləncə məqsədilə deyil, bəzən qarşı tərəflə ünsiyyət qurmaq üçün də istifadə olunur. Lakin bu ünsiyyətlər bəzən təhlükəli istiqamətlərə yönələ bilir. Zamanla aqressiya, təşviş pozuntusu kimi psixoloji problemlər də ortaya çıxa bilər. Xüsusilə yeniyetməlik dövründə olan uşaqlar bu oyunlarda tanış olduqları insanlar tərəfindən aldanaraq şəxsi məlumatlarını və ya şəkillərini paylaşa bilirlər. Təəssüf ki, bu məlumatlar sonradan şantaj məqsədilə istifadə oluna bilər”.

Psixoloq əlavə edib ki, bu səbəbdən valideynlər övladlarını diqqətlə izləməli, onların hansı oyunları oynadığını və həmin oyunlarda kimlərlə əlaqə qurduğunu bilməlidirlər:
“Mümkünsə, xüsusi nəzarət proqramları vasitəsilə bu prosesi nəzarətdə saxlamaq tövsiyə olunur. Uşaqları bu oyunların mümkün təhlükələri barədə məlumatlandırmaq və açıq ünsiyyət qurmaq vacibdir”.
Eltac Zülfüqaroğlu
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO










