«Bahalı polis maşınları ilə yanaşı, texnika da alıb yolları təmizləmək lazımdır»

Bu gün Milli Məclisdə cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Elmira Axundova bildirib ki, kənd yerlərində hələ də elektrik enerjisinin keyfiyyətli və davamlı verilməsi problemi qalır: «Mütəmadi olaraq seçicilərlə görüş zamanı mənə şikayət edirlər ki, işıq kəndlərə fasilələrlə verilir, gecələr isə demək olar, kəndlər işıqsız qalır. 20-21 fevral tarixlərində Masallıda seçicilərin qəbulunu keçirərkən mən şəxsən bunun şahidi oldum. Seçicilərin dediyinə görə, bunun əsas səbəbi elektrik xətlərinin köhnəlməsi və transformatorların zəif olmasıdır. Ümumiyyətlə, Masallı şəhərindən başqa, qalan 103 kənddə elekttik xəttləri 60-cı illərdə qurulan təsərrüfata aiddir və o, həddən ziyadə köhnəlib».
Deputat buzlu yolların təmizlənməsində yaranan problemdən də danışıb: «Buzlu yollarla Masallıdan geri qayıdarkən üzləşdim. Bir daha əmin oldum ki, rayonların kommunal təsərrüfatları bu cür sərt havalara hazır deyillər. Təkcə Salyan rayonu ərazisində yolda iki qartəmizləyən texnika işləyirdi. Ondan başqa Qaradağa qədər yolda bir dənə də olsun texnika və ya canlı qüvvə görmədim. Bunun nəticəsidir ki, yolda bir çox toqquşmanın, dərəyə aşmış maşınların şahidi oldum. Dəhşətli mənzərə idi. Yollarda o ağır şəraitdə polis əməkdaşlarından başqa əhalinin yardımına gələn heç bir dövlət orqanı nümayəndələrini görmədim. Gecə yarısına qədər həm dövlət yol polisi, həm də post-patrul xidməti maşınları buzlu yollarda çətin də olsa xidmət aparırdılar. Bu yaxınlarda xeyli sayda yeni və bahalı polis maşınları alındı. Təklif edərdim ki, hər icra hakimiyyətinə, hər rayona, heç olmasa dağ rayonlarımıza qartəmizləyən maşınlar və digər texnikalar alınsın».
Elməddin
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO










