“Bakcell” “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

İnnovasiya lideri “Bakcell” Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Media savadlılığı” həftəsi çərçivəsində “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşı olub.
“Bakcell” innovasiya tərəfdaşı kimi etibarlı informasiya mühitinin formalaşdırılması, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi və cəmiyyətdə informasiya təhlükəsizliyinin təmin olunması üzrə müəyyən edilmiş əsas prioritetlərin həyata keçirilməsinə dəstək göstərib.
Medianın İnkişafı Agentliyi tərəfindən 2022-ci ildən etibarən hər il dekabr ayında təşkil olunan “Media Savadlılığı” həftəsi çərçivəsində indiyədək 50-dən çox təlim və tədbir həyata keçirilib, ümumilikdə 3000-dən artıq iştirakçı media savadlılığı üzrə maarifləndirici proqramlarda iştirak edib. Qeyd edək ki, cari ildə həftə 15–22 dekabr tarixlərini əhatə edib və gənclər üçün xarici ekspertlərin iştirakı ilə müxtəlif təlimlər reallaşdırılıb.
“Bakcell” bu təşəbbüsə dəstək göstərməklə ölkədə media savadlılığının inkişafına və cəmiyyət üçün etibarlı informasiya mühitinin formalaşmasına töhfə verməyə davam edir.
“Bakcell” haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












