Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
"Bakcell" abunəçilərinə yeni rəqəmsal xidmət təqdim edir. Bakcell tətbiqində istifadəyə verilən "Bakcell Games" bölməsi vasitəsilə oyunlar oynayaraq AirPods və hədiyyə internet qazanmaq mümkündür.
Avtosfer.az xəbər verir ki, yeni "Bakcell Games" bölməsində istifadəçilər "Topla & Qazan", "Hədiyyəli Marafon" və "Şans Kartları" kimi maraqlı oyunlarda iştirak edirlər. Bu xidmət çərçivəsində istifadəçilər ilk 7 gün ərzində "Bakcell Games"dən ödənişsiz yararlana bilirlər. Oyunlarda əldə etdikləri nəticələr hesabına xallar toplayır, AirPods və hər gün 1 GB hədiyyə internet qazanmaq şansı əldə edirlər. Abunə haqqı 1.99 AZN təşkil edir və abunəçilərə avtomatik olaraq hər ay 1 GB hədiyyə internet təqdim olunur. Ümumilikdə abunəçilər hər ay 6 GB-dək hədiyyə internet əldə edə bilərlər.
"Bakcell Games" oyun təcrübəsi ilə faydanı bir araya gətirən yeni rəqəmsal imkan təqdim edir. Xidmət istifadəçilərə həm maraqlı vaxt keçirmək, həm də AirPods və hədiyyə internet qazanmaq imkanı yaradır.
"Bakcell Games"ə qoşulma qaydaları barədə ətraflı məlumatı Bakcell tətbiqi vasitəsilə əldə etmək mümkündür.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












