“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

İnnovasiya və sürət lideri “Bakcell”in rebrendinq hekayəsi dünya şöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin "Müasir Marketinqin Əsasları" (Essentials of Modern Marketing) kitabında yer alacaq. Dünya və Azərbaycan oxucularına təqdim olunacaq tanınmış nəşrdə "Bakcell"in həyata keçirdiyi ölkəmiqyaslı rebrendinq və onun şirkətin inkişaf dinamikasına təsiri ətraflı şəkildə təqdim olunacaq.
Qeyd edək ki, "Bakcell" rebrendinqdən sonra innovasiya və süni intellekt yanaşmasına əsaslanan yeni brend mövqelənməsi ilə bazarda fərqlənməyə nail olub. Şirkət bu strategiya çərçivəsində süni intellekt həllərini məhsul inkişafı, strateji tərəfdaşlıqlar, kommunikasiya, müştəri əlaqələri sahələrinə inteqrasiya edərək, bir sıra məhsul və xidmətlər təqdim edib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Bu innovativ məhsul və xidmətlər arasında “Bakcell Fiber”, “VoWiFi”, “Tarif məsləhətçisi”, “Star taarifləri”, “Birinci taarif” və UBER ilə tərəfdaşlıq yer alır.
Xatırladaq ki, strateji yanaşması ilə vizual təqdimat arasında güclü əlaqə qurmaq bacarığına görə “Bakcell”, “Baku Flames Festivalı” çərçivəsində “Ən uğurlu rebrendinq layihəsi” nominasiyası üzrə mükafata layiq görülüb. Beləliklə, ölkəmiqyaslı rebrendinq şirkətin biznes nəticələrinə, brend dəyərinin artmasına və bazar mövqeyinin güclənməsinə olduqca müsbət təsir edib.
“Bakcell”in bu nəşrdə yer alması, Azərbaycanın telekommunikasiya sahəsində innovasiya və rəqəmsal transformasiya istiqamətində nailiyyətlərinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcək.
Filip Kotler haqqında:
Müasir “marketinqin atası” və 80-dən çox kitabın müəllifi olan Filip Kotler, marketinq sahəsində inqilabi nəzəriyyələr yaradaraq, dünya miqyasında biznesin inkişafına təsir göstərib. O, marketinqi psixologiya və iqtisadiyyatla birləşdirərək, müasir marketinqin elmi əsaslarını formalaşdırıb.
Ən məşhur əsərlərindən biri olan “Marketing Management” kitabı dünya universitetlərində marketinq dərsliklərinin əsas qaynağı kimi istifadə olunur. Onun nəzəriyyələri şirkətlərin müştəriyönümlü strategiyalar qurmasına və qlobal bazarlarda rəqabət üstünlüyü əldə etməsinə imkan yaradır.
"Bakcell" haqqında:
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. "Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












