Bakı aeroportu gücləndirilmiş iş rejiminə keçib

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş iş rejiminə keçib.“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AzərTAc-a açıqlamasında belə deyib. O, bildirib ki, hazırda hava limanının işində hər hansı problem yaşanmayıb. Bütün reyslər cədvələ uyğun qəbul edilir və yola salınır.
Qeyd edək ki, sabah ölkə ərazisindəki hava haqda məlumat da yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 9-da Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında əsasən qar yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi mülayimləşəcək.Temperatur gecə 1-4 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. Rayonlarda da fasilələrlə yağış, qar yağacaq, gündüz qərb rayonlarından etibarən yağıntı kəsiləcək. Qərb küləyi şərq küləyinə keçəcək. Temperatur aran rayonlarında gecə 2-7, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə, gündüz 5-10 dərəcə şaxta olacaq.
Xatrıladaq ki, Nazirlikdən bildirilir ki, sabahdan etibarən hava mülayimləşəcək, yağıntıların intensivliyi və küləyin sürəti zəifləyəcək. Yanvarın 9-da gündüz saatlarında respublikanın qərb rayonlarından başlayaraq yağıntılar kəsiləcək.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












