Bakı-Astara yolundakı məşhur restoranlar sökülür - SƏBƏB

Bakı-Ələt-Astara yolunun üzərindəki restoranlar və yanacaqdoldurma məntəqəsi sökülür. Avtosfer.az qafqazinfo-ya istinadla xəbər verir ki, bununla bağlı iki ay öncə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma başlayıb. Məlum olub ki, obyektlərin yerləşdiyi kafe və yanacaqdoldurma məntəqəsinin torpaq sahəsinin sənədləri qanunsuz olub. Təxminən bir ay öncə Korrupsiya İdarəsi tərəfindən magistral yolun üzərində yerləşən "Hacıoğlu", "Ulduz", "Cız-bız", "Masallı" restoranları və SOCAR-ın yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Magistral yoldan bu obyektlərə girişi təmin edən yol da bağlanılıb. Artıq SOCAR-ın yanacaqdoldurma məntəqəsi başda olmaqla sözügedən obyektlərin bir neçəsinin söküntüsünə başlanılıb.
Məlumata görə, "Hacıoğlu" restoranı bələdiyyənin balansında olan torpaq sahəsində tikilib, "Ulduz" kafesinin yerləşdiyi torpaq sahəsi isə əvvəllər Meşə təsərrüfatının balansında olub. Sonra isə 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçib, daha sonra isə Əmlak Komitəsi həmin ərazini dövlət torpağı kimi balansına keçirib. Sahibkar isə Əmlak Komitəsi ilə müqavilə imzalayaraq torpağa dair alqı-satqı edib.
"Cız-bız" restoranın yerləşdiyi ərazi Xələc kənd bələdiyyəsinin balansında olub. 2006-cı ildə isə kənd sakini Yudif Nəzirova satılıb və onun şəxsi mülkiyyətinə keçib.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












