Bakı avtobusunda əlbəyaxa dava - VİDEO

Yol qaydalarının pozulması, sürücülərin kobudluğu və sair kimi mövzuları ilə gündəmdən heç düşməyən Bakı avtobuslarında artıq sərnişin ədəbsizliyi yayılır.
Avtosfer.az milli.az-a xəbər verir ki, bir neçə gün öncə Bakının 28 May küçəsində 133 saylı avtobusun sərnişinləri arasında əlbəyaxa dava düşüb. Yaşlı kişi ətrafdakı insanları nəzərə almayaraq hər kəsdən öncə marşruta soxulmaq istəsə də bu cəhdi alınmayıb. Ətrafındakı xanımlara məhəl qoymayan şəxs avtobusa birinci minmək istərkən hər kəsin etirazına səbəb olub. Qadınlardan birinin qucağındakı uşağın kişiyə qəfildən dəyən şapalağı isə onu özündən çıxarıb. Qışqır-bağır salan həmin adam geriyə dönərək qadına təhqirlər yağdırıb. Avtobusun pilləkənlərindən enən qadın və kişi əlbəyaxa davaya başlayıblar.
Oxucularımızdan biri həmin səhnənin qısa görüntüsünü çəkərək saytımıza yollayıb. Davadan olan kadrları sizə təqdim edirik.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












