Bakı Avtovağzalı bayramda avtobusların sayını artıracaq

Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi artıq gücləndirilmiş iş rejimində çalışır. Bu tədbirlər martın 26-dək davam edəcək. Avtosfer.az xəbər verir ki, bunu Beynəlxalq Avtovağzal Kompleksinin şöbə müdiri Məhəmməd Abdullayev bildirib.
Onun sözlərinə görə, bayram günlərində ölkədə sərnişindaşımada intensivliyin artması əlaqədar olaraq xəttə çıxarılacaq nəqliyyat vasitələrinin də sayı ehtiyac yaranacağı təqdirdə artırılacaq: "Belə ki, adi günlərdə 7 500-8 000 sərnişin daşınırsa, bayram günlərində bu göstəricinin 15 minə çatması gözlənilir".
M.Abdullayev əlavə edib ki, sərnişinlərin rahat gediş-gəlişinin təşkili üçün marşrutlara buraxılacaq nəqliyyat vasitələrinin də sayı artırılacaq: "Adətən gün ərzində xəttə 350-400 avtobus buraxıldığı halda, bayram günlərində onların sayı 650-yə çatdırılacaq".
Şöbə müdiri qeyd edib ki, hazırlıq işləri çərçivəsində avtobuslar sazlanaraq hazır vəziyyətə gətirilir, o cümlədən süni qiymət artımına yol verilməməsi üçün qiymət intizamına Nəzarət Komissiyasının yaradılması nəzərdə tutulub.
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI










