Bakı Dairəvi Yolunda sürücü narazılığı yaranıb

Artıq bir neçə həftədir Bakı Dairəvi Avtomobil yolunun bir hissəsi təmir üçün bağlanıb. Yolun şəhərdən çıxış hissəsinin bağlanması səbəbindən sürücülər ya ödəniş edərək Sədərək Ticarət Mərkəzinin ərazisindən, yaxud da keçilməsi qeyri-mümkün olan Lökbatan yolundan istifadə edə bilər. Bundan narazı olan bəzi sürücülər isə yolun bağlanmasını pul yığmaq üçün tələ adlandırır. Məsələyə münasibət bildirən “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Sədərək bazarının daxili avtomobil yolunun təmsil etdiyi quruma heç bir aidiyyatı olmadığını vurğulayıb: «Bəzi mətbuat orqanlarında bununla bağlı yazılan bütün yazılanlar da cəfəngiyatdan başqa bir şey deyil. Yolun bağlanmasında məqsəd yolda qrafikə uyğun təmir işlərinin aparılmasıdır. Yolların istismarı prosesində xidmət müddətləri və təmirlərarası müddət anlayışı var. Orada avtomobil yolunun neçə ildən bir təmir olunmalı olduğu göstərilib. Məsələn, 4-5 ildən bir yol geyiminin aşınma qatı götürülüb yenidən vurula bilər. Amma intensivlik artıqda, bu müddət aşağı düşə və 3 il ola bilər. Nəzərə alsaq ki, Bakı Dairəvi Avtomobil yolu cənub-qərb istiqamətindən gələn nəqliyyat vasitələrinin şimal və əks istiqamətdə Bakı şəhərinə daxil olmadan hərəkətini təmin edir, burdan da minik avtomobilləri ilə yanaşı, sutka ərzində çoxlu sayda ağır yüklü nəqliyyat vasitələri keçir. Yol elə bir mühəndis qurğusudur ki, vaxtlı-vaxtında qulluq edilməsə, daha böyük fəsadlara gətirib çıxarır. İstər avtomobil yolu olsun, istərsə də istənilən mühəndis qurğusu aşınmaya məruz qalır. Güman edirəm ki, yaxın aylarda biz işi yekunlaşdıracağıq».
Nurlan
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












