Bakı-Daşkənd marşrutu üzrə yeni aviadaşıyıcının daxil olması Azərbaycana artan marağı təsdiq edir - Teymur Həsənov

Özbəkistanın “Centrum Air” aviaşirkətinin Bakı-Daşkənd reysləri iki ölkə arasında nəqliyyat əlaqələrini genişləndirəcək.
Avtosfer.az xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov jurnalistlərə açıqlamasında deyib.
T. Həsənov “Centrum Air” aviaşirkətinin Bakı-Daşkənd marşrutu üzrə birbaşa uçuşlara başlamasını müsbət qiymətləndirib:
“Biz Heydər Əliyev Beynəlxalq Aeroportuna “Centrum Air” reyslərinin açılmasını alqışlayırıq. Məşhur marşrut üzrə yeni aviadaşıyıcının olması bazarımıza artan marağı təsdiq edir və Azərbaycan ilə Özbəkistan arasında nəqliyyat əlaqələrini gücləndirir. Marşrut şəbəkəsinin genişləndirilməsi bizim üçün strateji prioritet olaraq qalır və beynəlxalq aviaşirkətlərlə əməkdaşlığın dərinləşdirilməsinə hazırıq”, - deyə T. Həsənov bildirib.
Qeyd edək ki, “Centrum Air” bu gündən Bakı–Daşkənd marşrutu üzrə müntəzəm uçuşlara başlayıb. Uçuşlar hər həftənin bazar ertəsi "Airbus A320" təyyarələri ilə həyata keçiriləcək.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












