Bakı funikulyorunun 65 yaşı tamam olur

Bu gün Azərbaycanda yeganə olan Bakı funikulyorunun 65 yaşı tamam olur.
Bakı funikulyoru tanınmış dövlət xadimi, Əməkdar mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib.
İlk dəfə 1960-ci il mayın 5-də istifadəyə verilən funikulyorun qatarları SSRİ zamanında xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilib. Funikulyor "Bəhram Gur" və "Şəhidlər xiyabanı" olaraq iki stansiyadan ibarətdir.
Hər iki stansiyadan vaqonlar eyni vaxtda eyni relslə stansiyanı tərk edir, yolun tam yarısında bir-biri ilə qarşılaşanda ayırıcı relslərlə ötüşürlər. Vaqonlar bir-birini ötüb keçdikdən sonra yenidən eyni relslə hərəkət edirlər.
Stansiyalararası məsafə 455 metr, qatarın maksimal sürəti saniyədə 3 metr, vaqonlarda oturacaq sayı 28, yolu qətetmə zamanı dörd dəqiqədir.
Müxtəlif vaxtlarda təmirə bağlanan funikulyor sonuncu dəfə 2012-ci il mayın 23-də əsaslı təmirdən sonra yenidən istifadəyə verilib.
Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ












