“Bakı-İstanbul reysi 90 manatdan da ucuz olmalıdır”

Prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalılığı ilə bağlı tənqidlərindən sonra şirkət Bakı-İstanbul reysinin 90 manat olması ilə turizm şirkətlərinə məktub ünvanlayıb. Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov bu olaya münasibət bildirib. O, aznews.az-a deyib ki, Bakıdan başqa ölkələrə gedən bütün reyslərin qiymətlərində endirim olmalıdır: “Bu, yalnız Bakı-İstanbul reysinə şamil edilməməlidir. Düzdür, bu reys Azərbaycan üçün çox önəmlidir. Çünki xarici ölkələrə əsas gediş-gəliş İstanbul vasitəsi ilə həyata keçirilir, ancaq önəmli olan digər reyslər də var”.
V.Əhmədov hesab edir ki, Bakı-İstanbul reysi üçün biletlərin qiymətinin 90 manata endirilməsi də hələ son olmamalıdır: “Lazım gəldikcə bu məbləğ yenə də aşağı salınmalıdır”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












