Bakı küçələrində general velosiped sürdü - FOTO

Azərbaycanda 2 Fevral - Gənclər Gününə həsr olunmuş veloyürüşdə 200 velosipedçi iştirak edib. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi, Dövlət Bayrağı Meydanı, Azərbaycan Velosiped İdmanı Federasiyası, “İrəli” İctimai Birliyi və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə Bakıda “Gənclik veloyürüşü” keçirilib. Veloyürüşdə peşəkar və həvəskarlardan ibarət 200 velosipedçi iştirak edib. Dövlət Bayrağı Meydanından start götürən yürüşdə Azərbaycan ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev, Milli Məclisin üzvü Fuad Muradov, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev və "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov da iştirak ediblər. Millət vəkili F.Muradov jurnalistlərə açıqlamasında bildirib ki, Gənclər Günü ilə bağlı keçirilən bu tədbir sağlam həyat tərzini təbliğ edir: “Prezident İlham Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti bugünkü gəncliyə özünü ifadə etmək sahəsində əlavə imkanlar açıb. Ölkədə gənclərlə bağlı aparılan işlər dövlət siyasətinin prioritetlərindəndir. Gəncləri birləşdirəcək ümumi dəyərlərin dəstəklənməsi zəruridir. Bu gün gənclər dövlət siyasətinin tərkib hissəsidir”.
“İrəli” İctimai Birliyinin sədri M.Seyidov isə deyib ki, veloyürüşün məqsədi gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılması, gənclərin asudə vaxtının səmərəli təşkili və günün əhəmiyyətinin onlara aşılanması, eləcə də gənclər arasında bu idman növünün təbliğidir.
Şəhər sakinlərinin böyük marağına səbəb olan veloyürüş Dövlət Bayraq Meydanından başlayaraq Neftçilər prospektindən, şəhərin əsas küçələrindən keçməklə Azadlıq Meydanında yekunlaşıb.
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
















