Bakı küçələrində salfet adı ilə narkotik satılır? - Polisdən REAKSİYA

Bakı küçələrində salfet adı ilə narkotik satılır.
Avtosfer.az xəbər verir ki, bu iddia sosial şəbəkədə edilən paylaşımlarda yer alıb. Belə ki, bəziləri paylaşım edərək küçədə uşaqlardan salfet almamağı tövsiyə edib. O, buna səbəb kimi alınan salfetlərin içərisində narkotik və ya psixotrop maddə olduğunu əsas gətirib. Məlumat paylaşan şəxs küçədən salfet aldığını, az sonra isə polis əməkdaşları tərəfindən saxlanıldığını dilə gətirib. Onun sözlərinə görə, yoxlama nəticəsində aldığı salfetin içərisindən sintetik narkotik tapılıb və buna görə də 1500 manat cərimələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı Avtosfer.az-a bildirilib ki, polis yayılan iddialar barədə məlumatlıdır: “Bu istiqamətdə müvafiq araşdırmalar aparılır. Məsələnin təfərrüatı araşdırmanın nəticəsindən sonra məlum olacaq”.
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...











