Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

AZCON Holding-in tərkibinə daxil olan “Azərbaycan Dəmir Yolları” QSC-nin struktur bölməsi olan Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə 2025-ci ilin ilk 9 ayı ərzində 6 milyon 108 min ton yük aşırılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% artım deməkdir və son 22 il ərzində əldə olunan ən yüksək nəticədir.
Bu barədə Avtosfer.az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə ən böyük artım konteyner aşırılmasında qeydə alınıb. Belə ki, bu ilin 9 ayı ərzində 77 295 TEU konteyner aşırılıb. Bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 40,4% artım deməkdir. Bununla yanaşı, quru yüklərin aşırılmasında 36,7%, təkərli texnikaların aşırılmasında isə 1,3% artım müşahidə olunub.
"Bakı Limanının beynəlxalq yükdaşıma marşrutlarındakı rolunun möhkəmlənməsi, tərəfdaşlarla həyata keçirilən effektiv əməkdaşlıq və yeni logistik təşəbbüslər sayəsində bu pozitiv dinamikanın davam edəcəyi və ilin sonuna göstəricilərin daha da artaraq 100 min TEU təşkil edəcəyi proqnozlaşdırılır".
Həmçinin vurğulanıb ki, ölkəmizin tranzit gücünün artırılması məqsədilə Bakı Limanının ADY ilə inteqrasiyasından sonra Limanın illik gücü hər hansı investisiya yatırılmadan qısa müddətdə 100 min TEU-dan 150 min TEU-ya yüksəldilib.

"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO










