Bakı Metropolitenində kadr dəyişikliyi olacaq

Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 nömrəli Sərəncamı əsasında Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin prioritetlərinə daxil olan əsas məsələlərdən biri insan resurslarının idarə edilməsi mexanizminin təkmilləşdirilməsidir. Qurumun mətbuat xidmətindən milli.az-a verilən məlumata görə, kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, xidməti fəaliyyətin qiymətləndirilməsi, işçilərin təklif və rəylərinə baxılması və digər müvafiq işlərin təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ilin yanvar ayında ”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində Kadr komissiyaı yaradılıb. Cəmiyyətdə kadrların yerləşdirilməsində, vəzifə irəliləyişində əsas prinsiplər namizədin ixtisasına uyğun bilik səviyyəsi, təyin olunacaq vəzifə və ya peşəyə uyğun əmək stajı, peşə bacarığıdır. Komissiya namizədlərin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, karyera yüksəlişinə layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaflıq əsasında müsabiqə keçirilməsini təmin edir. Müsabiqə iki mərhələli olmaqla, test imtahanından və müsahibədən ibarətdir.
13.02.2015-ci il tarixində komissiyanın ilk imtahanı keçirilib. İmtahanda vəzifə və peşə dəyişikliyi ilə bağlı Hərəkət Xidmətinin 28 nəfər əməkdaşı iştirak edib. Test imtahanından müvəffəqiyyətlə keçən işçilər müsabiqənin ikinci mərhələsinə buraxılacaqlar.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












