“Bakı Metropoliteni”nə sədr müavinləri təyin olunub

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə iki sədr müavini təyin edilib. Avtosfer.az-ın “Media forum”a istinadən məlumatına görə, qurumda olan 4 müavin postundan birini “Bakı Metropoliteni”nin Hərəkət Xidmətinin rəisi Hidayət Məmmədov, digərini Zaur Babayev tutub. Zaur Babayev əvvəllər “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində çalışıb. Hidayət Məmmədov 1992-ci ildən Bakı metrosunda işləyir. Hərəkət Xidmətinin rəisi vəzifəsinə 2002-ci ildə təyin olunub. Hidayət Məmmədov və Zaur Babayev Prezident İlham Əliyevin sərəncamı ilə “Bakı Metropoliteni” QSC-nin sədr müavinləri təyin ediliblər. “Bakı Metropoliteni” QSC bu il fevralın 27-də prezidentin sərəncamı əsasında, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılıb. “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovdur.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












