Bakı metrosu saat 3-ə qədər işləyəcək

Bakı Metropoliteni Avropa Oyunları zamanı iş qrafikinin necə olacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, Avropa Oyunları zamanı Bakı Metropolitenin bütün sutka ərzində işləyəcəyi barədə yayılan xəbərlər həqiqətəuyğun deyil: "Avropa Oyunlarının açılış və bağlanış günləri, yəni iyunun 12-də və 28-də Metropoliten səhər saat 06:00-dan gecə saat 03:00-dək fəaliyyət göstərəcək.
Məqsədimiz açılış və bağlanış mərasimlərində iştirak edən tamaşaçıları mənzil başına çatdırmaqdır. Lakin Bakı Olimpiya Stadionunda insanların sayının çoxluğu nəzərə alınaraq, ehtiyac duyulduğu təqdirdə bu vaxt gecə saat 04:00-05:00-a kimi də artırıla bilər. Digər günlərdə isə metro səhər saat 6-dan gecə saat 1-ə kimi işləyəcək. Ola bilər ki, ciddi ehtiyac duyulduğu təqdirdə həmin günlərdə də bu vaxt uzadıla bilər".
O, həmçinin qeyd edib ki, Avropa Oyunlarının açılış və bağlanış günləri biletləri olan tamaşaçılar və akkreditasiyadan keçmiş şəxslər, digər günlərdə isə yalnız akkreditasiyadan keçmiş şəxslər metronun xidmətindən pulsuz istifadə edə bilərlər.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










