Bakı metrosunda gərginlik

Bu gün səhər saatlarında Bakı metrosunda gərginlik yaşanıb. Bu barədə hadisə şahidləri anspress-in "qaynar xətti"nə bildiriblər. Verilən məlumata görə, "Azadlıq prospekti" stansiyasında "Dərnəgül"dən "Həzi Aslanov" istiqamətinə hərəkət edən qatarın qapıları bağlanmayıb. Bu səbəbdən də, növbətçi bütün sərnişinləri düşürüb. Sərnişinlər arasında narazılıq yaranıb. Stansiyada sərnişin sıxlığı yaranıb. Məsələyə aydınlıq gətirmək üçün "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. Metro rəsmisi bildirib ki, həqiqətən də saat 08:14-də metronun "Dərnəgül"-"Həzi Aslanov" xətti ilə hərəkət edən 25 saylı marşrutun qapılarında nasazlıq yaranıb. "Sərnişinlər "Azadlıq prospekti" stansiyasında düşürdülüb. Həmin qatar sərnişinsiz "Gənclik" stansiyasına gedib. Orada təlimatçı nasazlığı aradan qaldırıb və qatar normal hərəkətini bərpa edib. Qrafikdə gecikmə olmayıb", - deyə Nəsimi Paşayev bildirib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












