Bakı metrosunda iş saatları dəyişəcək

"Bakı 2015" I Avropa Oyunlarının bağlanış mərasimindən sonra Bakı Metropolitenində iş saatları əvvəlki qrafiklə əvəzlənəcək. Avtosfer.az xəbər verir ki, bu barədə "report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
O deyib ki, iyunun 12-dən 28-dək metro saat 06:00-dan 01:00-a qədər işləyəcək: "Lakin Oyunlar bitəndən sonra metro yenidən gecə 00:00-a qədər işləyəcək".
Qeyd edək ki, sərnişinlərin çoxluğu nəzərə alınaraq metro xidməti gecə saatlarına qədər uzadılıb. Avropa Oyunlarının açılış günü və ehtimal ki, bağlanış günü də metro qatarları səhərə qədər xidmət göstərəcək. Belə ki, stadiona yaxın olan “Koroğlu” stansiyasına sərnişin axını olur.
Əlavə edək ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı şəhərdaxili avtobuslar da saat 05:00-dan 01:00-a qədər işləyir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












