Bakı metrosunda maşinistsiz idarə sisteminin tətbiqi üzrə işlərə başlanılıb

Bakı metropolitenində qatarların maşinistsiz idarə sistemi və onun təməl bazası olan müasir CBTC sisteminin tətbiqi ilə gələcəkdə reallaşacaq. Hazırda “Nərimanov” elektrik deposunda aparılan işlər mövcud "Qırmızı" və "Yaşıl" xətlər üçün bu istiqamətdə ilk addımlardır və onun başlanğıc sistemlərinin quraşdırılması tamamlanıb.
Bunu Avtosfer.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. B. Məmmədov vurğulayıb ki, CBTC sistemi qatarların radiodalğalarla idarəetmə sistemidir: “Qatarların radiodalğalarla idarə edilməsi ən müasir sistemlərdir, bu sistemlərin təməldən tətbiqi Bakı metropolitenin yeni xətlərində nəzərdə tutulacaq. "Bənövşəyi" xətt ("Avtovağzal"dan "8 Noyabr"a qədər olan 3 stansiya) hazırda bu prinsiplərlə inşa edilir və sistemlərlə funksional təchizatı bunu nəzərdə tutur. Bu sistemin tətbiqində özünəməxsus texniki tələblər var. Birinci mərhələ üçün orada mikroprosesor sisteminin quraşdırılması nəzərdə tutulmalıdır. Bu istiqamətdə təməldən işlər aparılmalıdır. Bu stansiyalarda mikroprosesor sistemi quraşdırılır, lakin gələcəkdə qatarların radiodalğalarla idarə olunması sistemlərinin quraşdırılması (Communications-based train control – CBTC ) üçün texniki şərait yaradılır". B. Məmmədovun sözlərinə görə, CBTC sistemlərinin üstünlüyü ondan ibarətdir ki, qatarların hərəkəti daha effektiv və daha təhlükəsiz olur: "Eyni zamanda intervalların tənzimlənməsi orda daha rahat və təhlükəsiz prinsiplər əsasında tətbiq edilir. Bunun yekun nəticəsində maşinistsiz idarəetmənin tətbiqini nəzərdə tutur. Köhnə xətlərdə bu istiqamətdə “Nərimanov” elektrik deposundan başlayaraq işlər aparılmalıdır. Hazırda “Nərimanov” elektrik deposunda ilkin işlər tamamlanıb. Onun təməl bazası olan “ox sayğacı” sistemin tətbiqi artıq həyata keçirilir. Bu sistemin tətbiqi gələcəkdə xətlərimizdə davam etdiriləcək. Amma bu kifayət qədər böyük maliyyə vəsaiti və texniki resurslar tələb etdiyi üçün, həm də hərəkət dayandırılmadan davam edən bir proses olacağından mərhələli şəkildə aparılmalıdır". O əlavə edib ki, sistemin metronun mövcud xətlərində tətbiqi daha mürəkkəb bir prosesdir, çünki mövcud sistemin əvəzinə tamamilə fərqli quruluşa və iş prinsiplərinə malik yenisi tətbiq edilməlidir.
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO
Brendlər, keyfiyyət və sərfəli qiymətlər - BBAK Outlet Mərkəzi - VİDEO










