Bakı metrosundan istifadə edənlərin sayı artıb

Bakı metrosundan gündəlik istifadə edənlərin sayı artıb və hazırda bu rəqəm 450 min sərnişin təşkil edir. Belə ki, ölkənin orta və ali təhsil müəssisələrində tədris ili bitsə də, yerüstü yollarda hərəkətin məhdudiyyətinə görə metro ilə gedib-gələnlər çoxalıb. Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
N.Paşayev qeyd edib ki, bu yaxınlarda Bakıya gətirilən Fransanın “Alstom” şirkətindən alınan 4-cü nəsil 5 vaqondan ibarət üç qatar da əvvəlkiləri ilə müqayisədə daha iritutumludur.
"Hazırda hər 3 qatar xətdədir və qrafikə uyğun işləyir. Həmçinin, bu qatarlar hər iki xətt üzrə hərəkət edir. Bu qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki vaqon 308 sərnişin tuturdusa, bu, 330 sərnişin tutur. Bundan başqa, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kVt idisə, indi bu rəqəm 170 kVt təşkil edir. Bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var. Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub", - şirkət rəsmisi vurğulayıb.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










