Bakı metrosundan kart xəbərdarlığı

Bakı Metropolitenində yeni nağdsız ödəniş kartlarının verilməsində problemlər müşahidə olunmur. Bu barədə Avtosfer.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Məlumata əsasən, mövcud metro kartlarının girov dəyərinin geri alınması məqsədilə geri qaytarılması avqustun 15-i gecə saat 00:00-dan etibarən dayandırılacaq. Avqustun 31-ə kimi metro kartlarının girov dəyərinin yeni karta yüklənməsi, eləcə də yeni gediş haqqı yüklənməsi əməliyyatları davam edəcək. Sentyabrın y-dən 30-dək mövcud metro kartlarından sadəcə balansında olan gediş haqqından istifadə etmək mümkün olacaq. Yeni kartların satışı avqustun 8-də başlayıb. Yeni kartların üstünlüyü ondan ibarətdir ki, onlardan yeraltı nəqliyyatda olduğu kimi, sərnişin avtobuslarında da gediş haqqı üçün istifadə etmək olacaq. Artıq stansiyalarda “Bakı Kart”ın hesabına vəsait yatırmaq üçün terminallar quraşdırılıb.
Yeni kartların qiyməti 2 manat təşkil edir. Hazırda istifadə olunan köhnə kartlar bir şərtlə geri qaytarıla bilər ki, onların qiyməti (2 manat) yeni gediş kartının balansına daxil edilsin.
Fidan
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












