Bakı metrosunun NASAZLIQ problemi - Qatarlar hər gün texniki baxışdan KEÇİRİLMİR?

Dünən pik saatda 28 May metrosunda qatarlardan birində texniki problem yaranıb. Sərnişinlər qatardan düşürülüb. Sərnişinlərin qatardan düşürülməsi 10 dəqiqə çəkib. Bu da metroda izdiham yaradıb. Axşam saat 11-ə qədər metroda sıxlıq müşahidə edilib. Artıq bu vəziyyət bir neçə dəfədir ki, təkrarlanır.
Maraqlıdır, qatarlar hər gün texniki baxışdan keçirilmir?
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya bildirib ki, qatarlarda problemin yaranması texniki baxışla bağlı deyil:
“Qatar 8-20 saat arasında xəttdə olmalıdır. Hər bir qatar elektrik deposunda olarkən əlbəttə ki, baxışdan keçirilir, təmir-qulluq prosesi və əlavə xidmət prosesi də keçirilir. Yeni nəsil qatarlarda ayrı, köhnə nəsil qatarlarda ayrı prosesdir. Dünən qatarda yaranan problemin səbəbi texniki nasazlıq idi. Təsəvvür edin ki, gün ərzində qatar xəttə olarkən sıxlıq şəraitində səhər, günorta, axşam işləyir və bu vaxtlar ərzində də qatara müxtəlif fiziki təsirlər olur”.
“Bir qatarın 10 dəqiqə dayanması saat 11-ə qədər izdihama səbəb ola bilməz”
Bəxtiyar Məmmədovun sözlərinə görə, dünənki sıxlığın səbəbi təkcə qatarın dayanması olmayıb:
“İzdihamın axşam saat 11-ə qədər davam etməsi qatarda yaranan problemlə əlaqələndirilə bilməz. Dünən sərnişin axını da çox idi. Sərnişin axınının hər gün özünə məxsus xüsusiyyəti var. Hər bir qatarın tutumu 1600 nəfər sərnişinə qədərdir. İnterval, qatarın sayından asılı olmayaraq bundan aşağı da salmaq mümkün deyil. Bu da sırf metronun infrastrukturuna görədir. Xətlər ayrılmalıdır ki, interval bundan aşağı salına bilsin. Dünən 10 dəqiqə sadəcə vaqonlardan sərnişinlərin düşürülməsinə sərf olunub”.
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI












