Bakı Nəqliyyat Agentliyi fəaliyyətini hərbi vəziyyətə uyğunlaşdırır

Bu gündən qüvvəyə minən hərbi vəziyyət müddətində Bakı şəhəri üzrə ictimai nəqliyyat xidmətlərinin göstərilməsi və sərnişindaşımalarda fasiləsizliyin pozulmaması məqsədilə zəruri tədbirlər görülür.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, pandemiya zamanı olduğu kimi hərbi vəziyyət müddətində də sərnişinlərin, xüsusilə həyat əhəmiyyətli strateji sahələrdə, o cümlədən ictimai təhlükəsizliyin qorunması, hərbi və mühüm dövlət obyektlərinin, əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən müəssisələrdə işləyən şəxslərin avtobuslarla daşınması təmin olunacaq.
Metro ilə sərnişindaşımaların adi rejimdə (06:00-dan 00:00-dək) təşkilini nəzərə alaraq, sərnişinlərin bir nəqliyyat növündən digərinə keçidinin təmin edilməsi məqsədilə avtobusların fəaliyyəti də eyni qaydada təşkil ediləcək. Yəni ilkin mərhələdə Bakı şəhərinin inzibati ərazisində müntəzəm və ekspres xətlər üzrə sərnişindaşıma xidmətinin təşklində hər hansı dəyişiklik olunmayacaq. Avtobuslar əvvəlki günlərdə olduğu kimi, adi rejimdə sərnişinlərimizin xidmətində olacaq.
Lakin hərbi vəziyyətin davam etdiyi qarşıdakı günlərdə sərnişindaşımaların təşkilinə dair statistik təhlillər aparılacaq. Əldə olunan nəticələrə uyğun olaraq komendant saatı müddətində (saat 21:00-dan sonra) marşrut xətləri üzrə avtobusların sayı, hərəkət cədvəli və intervalı ilə bağlı dəyişikliklər edilməsi istisna edilmir. Planlaşdırılan dəyişikliklər barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












