Bakı Nəqliyyat Agentliyinə dövlət investisiyaları kəskin azaldılıb

2020-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyinə (BNA) 164,054 milyon manat dövlət investisiyası qoyulub. Avtosfer.az Agentliyinə maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2,5 dəfə azdır. Beləliklə, ötən il yanvarın 1-nə BNA-ya dövlət investisiyaları 705,343 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 30,3% çoxdur.
Xatırladaq ki, BNA ölkə prezidentinin “Paytaxtda nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti yanında yaradılıb, dövlət başçısının “Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 24 noyabr 2016-cı il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib, ölkə rəhbərinin "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 7 fevral 2022-ci il tarixli fərmanı ilə Bakı meriyasının tabeliyinə verilib. Onun nizamnamə kapitalı 49,068 milyon manatdır. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakıda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












