Bakı Nəqliyyat İdarəsi hava şəraiti ilə bağlı qərargah yaratdı

«Havaların kəskin soyuyacağı ilə bağlı Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsində müşavirə keçirilib”. Bunu Lent.az-a açıqlamasında İdarənin rəis müavini Əmrah Cəfərov bildirib. O qeyd edib ki, iclasda nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi ilə bağlı tabeli qurumlara tapşırıqlar verilib: “Bundan başqa hansı yollarda buzlaşma təhlükəsi yaranacaqsa, həmin yollara qum səpilməsi ilə bağlı müvafiq qurumlara müraciət ediləcək”.
İdarə rəisinin müavini onu da bildirib ki, əlavə maşınlar ayrılmaqla, avtobus sürücüləri iş yerlərinə çatdırılacaq: “İdarə rəisinin rəhbərliyi ilə qərargah da yaradılıb. Bundan başqa, vətəndaşlar hər hansı bir problemlə üzləşdikdə idarədə yaradılan qaynar xəttə (561 76 28) müraciət edə bilərlər”.
“Avtobusların qrafikində dəyişiklik edilə bilərmi” sualına Ə. Cəfərov belə cavab verib: “Bu məsələ İdarədə yaradılmış qərargahda müzakirə edilə bilər”.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında yanvarın 8-də fasilələrlə yağış, qar yağacaq. Şimal-qərb küləyi şiddətlənəcək. Çovğun olacaq, gecəyə doğru yollar buz bağlayacaq.
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI










