Bakı qara hazırdır? - DÖVLƏT QURUMLARINDAN AÇIQLAMA

Gündəm 8 Yanvar 2015 14:03 Oxunub 1511
Bakı qara hazırdır? - DÖVLƏT QURUMLARINDAN AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlət qurumların problemlərin yaranmayacağını bildirirlər

Bu il Bakıya yağan qarın fəsadlar yaratmayacağı deyilir. Bu barədə dövlət qurumlarından məlumat verilib. 

Bakı şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfat departamentindən bildirilib ki, bir çox yollar qarlardan təmizlənir. Kənd yollarının sa qardan təmizlənməsi üçün xüsusi briqadalar hazırlanıb. Ümumiyyətlə bütün yollar qar və buzlardan təmizlənəcək. Bu barədə “Azəryolservis” ASC-dən bildirilib. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, qurum qış fəslinə tam hazırdır. “1000 ədəd xüsusi texnika hazır vəziyyətə gətirilib. 24885 kubmetr qum, 1160 ton duz ehtiyatı toplanılıb”, - deyə Pünhan Mürsəliyev bildirib.

Şaxtalı havalarda Bakıda elektrik enerjisinin verilişində heç bir problem yaranmayacaq. “Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə, soyuq havalarda elektrik enerjisinə təlabat artıb.

“Elektrik enerjisinə təlabat artmasına baxmayaraq, heç bir problem olmayacaq. Paytaxtın elektrik təchizatında fasilələr olmayacaq. Əgər hardasa elektrik enerjisilə bağlı problem olarsa, o zaman qurumun 199 saylı “qaynar xətti”nə müraciət edə bilərlər”, - deyə Tanrıverdi Mustafayev bildirib.

“Azərsu” ASC-dən də bildirilir ki, bu il qışa çox yaxşı hazırlaşıblar. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılovun verdiyi məlumata görə, su və kanalizasiya xidmətilə bağlı problem yaranarsa, əhali 955 saylı “qaynar xətt”ə müraciət edə bilərlər.

“Əsasən Abşeron və Bakı qəsəbələrində həyət evlərində yaşayan əhali su və kanalizasiya xətlərini yerin üstü ilə aparırlar. Bu zaman da, donmalar baş verir. Bunun qarşısını almaq üçün, üstdən keçən xətləri izalyasiya etsinlər. Mümkünsə gecə suyu açıq saxlasınlar ki, donma olmasın”, - deyə Anar Cəbrayılov bildirib.

Soyuq havalarda Bakıdakı yaşayış binalarının əksəriyətində istilik yaxşı təmin olunub. Bu barədə “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev anspress-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, paytaxtda 3500-dən artıq bina istilik sistemilə bərpa olunub.

“542 qazanxana tikilib. Bakıda binaların 70 faizdən çoxu istilik sistemlərilə tam təmin olunub. Əməkdaşlarımız gücləndirilmiş iş rejiminə keçiblər. Əgər hansısa problem yaranarsa, bizim 956 saylı “qaynar xətti”ə müraciət edə bilərlər”, - deyə Rafiq Əliyev bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh