Bakı-Qazax magistral yolu bağlandı; su problemi ilə bağlı aksiya - FOTO

Ucarın Bərgüşad kəndində yaranmış su qıtlığı ilə bağlı etiraz aksiyası keçirilib. Aksiyaya 500 nəfərədək sakin qatılıb. Sakinlər deyir ki, son aylarda 3-cü dəfədir, aksiya keçirirlər. İki ay əvvəl isə sakinlər Bakı-Qazax əsas magistral yolunu bağlayıblar.
Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovda nümayişçilərlə görüşüb və problemin həll olunacağına söz verib. Lakin hələ müsbət nəticə əldə olunmayıb. 7000-ə yaxın sakini olan kənd susuzluqdan əziyyət çəkir. Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov bu gün yenə də kəndə gələrək, aksiya keçirən sakinlərlə görüşüb. Başçı onlara problemin həll olunacağına səy göstəriləcəyini bildirib.
Mənsur Məmmədov açıqlamasında kənddə içməli su ilə bağlı problemin olduğunu təsdiqləyib. Bildirib ki, kənd sakinlərini içməli suya olan tələbatını ödəmək məqsədi ilə alternativ üsullardan istifadə olunsa da, tələbat tam ödənilmir: “Tələbatın tam ödənilməsi üçün kəndə içməli su xətti çəkilməlidir. Bu ilin fevral ayından borular gətirilsə də, işlərə başlanmayıb. İşlərin sürətləndirilməsi üçün müvafiq orqanlara müraciət edəcəyik”. (APA)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO


















