Bakı-Qazax magistralında qəza: yaralılar var

Goranboy rayonu ərazisində ağır yol qəzası baş verib. APA-nin verdiyi məlumata görə, hadisə bu gün saat 15 radələrində Bakı - Qazax avtomagistralının 347-ci kilometrliyində, yolun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhəri sakini, 1987-ci il təvəllüdlü Aqil Abbasovun idarə etdiyi “Ford Tranzit” markalı kiçik həcmli yük maşını onun qarşısına kəsişmə yoldan qəflətən çıxan Kamaz” markalı betonqarışdıran ilə toqquşub. Nəticədə “Ford Tranzit”in sürücüsü və sərnişini - Bakı sakini, 1973-cü il təvəllüdlü İlqar Həsənov ağır yaralanaraq, Gəncə şəhəri Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların birinin vəziyyətinin ağır, digərinkinin isə orta-ağır olduğu bildirilir.
Qəzanın səbəbkarı olduğu ehtimal edilən “Kamaz”-ın sürücüsü heç bir xəsarət almayıb və o, hadisə yerindən uzaqlaşıb.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












