Bakı-Qazax yolunda kabus dolaşır: 7 ölü, 35 yaralı

Son sutka ərzində Azərbaycan yollarında 20 avtomobil qəzası baş verib . Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, baş vermiş qəzalar ümumilikdə 7 nəfərin ölümünə, daha 35 nəfərin isə yaralanmasına səbəb olub. Təkcə Yevlax rayonu ərazisində, Bakı-Qazax magistralında mikroavtobusun yük maşınına çırpılması nəticəsində 3-ü azyaşlı olmaqla 4 nəfər həlak olub, daha 7 nəfər yaralanıb. Bakı-Qazax yolunun Qaradağdan keçən hissəsində isə “Auidi” maneəyə çırpılıb. Toydan qayıdan ailə başçısı və 5 yaşlı oğlu ölüb. Sürücünün həyat yoldaşı və körpə qızı ağır yaralanıb. Ölümlə nəticələnən digər qəza da Bakı-Qazax magistralında qeydə alınıb. Magistralın Ucardan keçən hissəsində “Oka” aşıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Hər bir hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












