Bakı-Quba yolunda yeni yolötürücüsü inşa edilir

Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində yerləşən mövcud yolötürücüsünə paralel yeni yolötürücüsü inşa edilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, artıq 3 aşırımlı yolötürücüsünündə svay işləri başa çatdırılıb. Hazırda özülün armatur dəmir karkası yığılır. Bu işlərdən sonra betonlanma və dayaq gövdəsinin tikintisinə başlanılacaq. Eyni zamanda nəqliyyat vasitələrinin müxtəlif istiqamətlərə hərəkətini asanlaşdırmaq məqsədilə yeni qovşaq da salınacaq. Qabariti 20m, yerdən hündürlüyü 5 m-dən artıq nəzərdə tutulan yolötürücüsü Bilgəh istiqamətindən gələn nəqliyyat vasitələrinin Bakı-Şamaxı-Yevlax avtomobil yoluna, mövcud yolötürücüsü isə Bakı-Şamaxı-Yevlax avtomobil yolundan gələn nəqliyyat vasitələrinin Bilgəh istiqamətinə çıxışını təmin edəcək.
Qeyd edək ki, hazırda sözügedən yolda yerləşən mövcud yolötürücüsü Xırdalan şəhərindən Bakı və Sumqayıt istiqamətinə gedən nəqliyyat vasitələrinin əsas magistralla müxtəlif səviyyəli kəsişməsini təmin edir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












