Bakı sakinindən odlu silah və narkotik götürülüb - FOTO

Paytaxt sakini Xaçmazda odlu silah və narkotik vasitə ilə ələ keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən verilən məlumata görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz st. Xətt Polis Şöbəsinin və Yalama st. Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Aqşin Qasımov ADY QSC-nin Xudat stansiyasının ərazisində saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanaraq götürülüb.
A.Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Xudat stansiyası ərazisində odlu silah gizlətdiyi də müəyyən edilib və həmin əraziyə keçirilən baxış zamanı dəmir yolu kənarında yerləşən yarımtikilidən bir ədəd AKS markalı avtomat, bir ədəd daraq və 20 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Xaçmaz st. Xətt Polis Şöbəsində araşdırmalar aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













