Bakı Şəhər İcra Hakimiyyəti sürücülərdən narazılıq edir - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin "2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr"ə həsr olunmuş iclasında Bakının küçə və prospektlərindəki qanunsuz dayanacaqlar və tıxaclar barədə iradlarını bildirib, belə halların aradan qaldırılması məqsədi ilə müvafiq göstərişlər verib. Qeyd olunanları nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti göstərişdən irəli gələn məsələlərin həlli məqsədi ilə Daxili İşlər Nazirliyi ilə birgə kompleks tədbirlər planı həyata keçirməyə başlayıb. Bakı şəhərinin küçə və prospektlərində qanunsuz parklamanın qarşısının alınması məqsədi ilə müvəqqəti duracaqların yaradılması və parkomat aparatlarının quraşdırılmasına start verilib və əhaliyə xidmət göstərməyə başlayıb. Hazırkı dövrə qədər paytaxtın Zərifə Əliyeva, Yusif Məmmədəliyev, Hacı Zeynalabdin Tağıyev, Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov, Əziz Əliyev, Əfzələddin Xaqani, Qoqol, Tolstoy, 28 May, Droqal, Nizami, Dilarə Əliyeva, Fikrət Əmirov, Rixard Zorge, Mehbalı Zeynalabdiyev, Səməd Vurğun, Naxçıvani, Bəsti Bağırova, Abbas Mirzə Şərifzadə, Heydər Hüseynov, 20 Yanvar, Tbilisi, Təbriz, Ağa Neymətulla, Rüstəm Rüstəmov, Qara Qarayev küçə və prospektlərində 170 ədəd parkomat quraşdırılmış və müvəqqəti dayanacaqlar istifadəyə verilib.
Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsindən Avtosfer.az saytına verilən məlumata görə, avtonəqliyyat sahibləri tərəfindən həyata keçirilən tədbirlər müsbət qarşılansa da hələ ki, bu tədbirlərə məhəl qoymayan, bəzi hallarda isə Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi əməkdaşlarını təhqir etməkdən belə çəkinməyən sürücülərə rast gəlinir. Bütün bu kimi halları nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyət Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi sürücüləri məsuliyyətli olmağa və müvəqqəti dayanacağa görə ödənişləri müntəzəm həyata keçirməyə çağırır. Eyni zamanda, idarə iyulun 10-da Bakıdakı avtoparkinqlərdə dayanacaqpulunu verməyib qaçan, əməkdaşları təhqir edən sürücülərin avtomobillərinin fotolarını təqdim edir.
Nurlan
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR





























