Bakı-Sumqayıt qatarı niyə fəaliyyətə başlamadı? - Səbəblər

Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunmasından sonra bu sahədəki irəliləyişlər danılmazdır. Amma nədənsə vətəndaşların böyük maraqla gözlədiyi Bakı-Sumqayıt istiqamətində istifadəsi nəzərdə tutulan surət qatarları istifadəyə verilmir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin katiblik rəisi Nadir Əzməmmədov bununla bağlı Modern.az saytına açıqlama verib: “Əvvəldən bildirdiyimiz kimi, Bakı-Sumqayıt yolunda surət qatarlarının işə düşməsi üçün 63 kilometr yolda təmir işləri aparılmalıdır. Artıq həmin yolun 52 kilometrinin təmiri yekunlaşıb.
Hazırda Sumqayıt stansiyasında platformaların tikintisi və abadlıq işləri aparılır. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün yeraltı keçid də tikilir”.
Nadir Əzməmmədov yubanmanın daha bir səbəbini açıqlayıb: “Sumqayıtda Dəmir Yolları idarəsinə məxsus inzibati binada 40-dan çox məcburi köçkün ailəsi məskunlaşıb. Onların həmin ərazidən köçürülməsi nəzərdə tutulub. Köçürülmə həyata keçirildikdən sonra inzibati binada yenidənqurma aparılacaq. Ailələrin köçürülməsi, binanın təmiri müəyyən vaxt tələb edir. Çalışırıq ki, ən qısa müddətdə işləri yekunlaşdıraq. Bir qatarda 920 nəfər sərnişin gedə biləcək. Qatarlar orta hesabla saatda 63 kilometr sürətlə hərəkət edəcək. Bu o deməkdir ki, hər saatbaşı qatarlar yola düşə bilər. Sərnişinlər mənzil başına Bakı-Biləcəri-Sumqayıt qatarı ilə 40 dəqiqəyə, Bakı-Zabrat-Sumqayıt qatarı ilə 52 dəqiqəyə çata biləcəklər”.
Gediş haqqına gəlincə, qurum rəsmisi qeyd edib ki, bunu Tarif Şurası müəyyənləşdirəcək: “Biz monitorinq apardıq, bəlli oldu ki, Sumqayıtdan Bakıya gəlmək 1 manata başa gəlir. Biz təklifimizi verəcəyik, bəlkə tarif şurası 1 manat 20 qəpik, ya da 80 qəpik müəyyənləşdirəcək. Bunu zaman göstərəcək”.
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA










