Bakı-Sumqayıt yolunda qəza- Piyada öldü

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan qəbristanlığının qarşısında, piyada üçün nəzərdə tutulmuş zolaqda qeydə alınıb. Yolu keçmək istəyən orta yaşlı bir kişi naməlum avtomobil tərəfindən vurulub. Hadisənin şahidləri deyir ki, kişi dərhal yerindəcə keçinib və meyit tanınmaz hala düşüb. Avtomobilin hadisə yerindən uzaqlaşdığı deyilir. Hazırda ərazidə olan polis əməkdaşları hadisənin hansı səbəbdən baş verdiyini araşdırır. Avromobilin tapılması istiqamətində də işlər həyata keçirilir.
Qeyd edək ki, Bakı-Sumqayıt magistral yolunun məhz bu hissəsində piyadaların vurularaq öldürülməsi ilk deyil. Bir neçə ay bundan öncə də məhz qəbristanlığın qarşısında, piyada zolağının üstündə azyaşlı uşaq vurularaq ölmüşdü.
Həmin vaxt uşağın yaxınları etiraz əlaməti olaraq yolu bağlamağa cəhd göstəriblər.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












