Bakı trasının layihəsi tam hazırdır

Gələn il ölkəmizin paytaxtında Formula1 yarışları üzrə debüt yarış keçiriləcək, yarışın keçiriləcəyi trasın layihəsi ilə məşhur arxitektor Hermann Tilkenin konstruktor bürosu məşğul idi. Avtosfer.az xəbər verir ki, keçən bazar günü Bakıda 1-ci Avropa Oyunları başa çatıb və indi arxitektorun sözlərinə görə, trasın qurulmasına başlamaq olar. Almaniyalı mütəxəssis məşhur GpUpdate.Net resursuna bu barədə müsahibə verib. "Formula1 Azərbaycanda" (www.F-1.az) saytı həmin müsahibəni nəzərinizə çatdırır...
Hermann Tilke: "Biz bütün layihəni başa çatdırmışıq, amma Avropa Oyunları üzündən layihənin reallaşdırılmasına başlaya bilmirdik. Aydındır ki, Bakıda belə genişmiqyaslı idman tədbiri zamanı əlavə tikinti işlərinin başlanması düzgün deyildi.
Bakıda biz bir neçə qeyri-adi qərarlar qəbul etmişik. Tras köhnə şəhəri əhatə edəcək, ona görə də yekun nəticə fantastik olacaq!"
Bir daha xatırladırıq ki, çempionatın gələn mövsüm üçün təqviminin ilkin versiyasında Bakıda keçiriləcək Avropa Qran Prisi iyulun 17-nə planlaşdırılıb...
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












