Bakıda 100 min manata nömrə satışa çıxarıldı - YENİLƏNİB

Dünyanı satışı ilə heyrətə salan ən bahalı mobil telefon nömrəsi artıq Azərbaycanda satılır. Bir müddət əvvəl “Katar Telecom”un keçirdiyi hərracda şirkətin ən baha nömrəsi - 666-66-66 - nömrəsinə görə 2,8 milyon dollar ödənilib. Bu həm də dünyanın ən baha nömrəsidir. Eyni tipli nömrə artıq Azərbaycanda satışa çıxarılıb. “Bakcell” mobil operatorunun 055 666 66 66 nömrəsi 100000 manata satılır.
Bildirək ki, 666-66-66 nömrəsi 2006-cı il, mayın 13-də ən bahalı nömrə kimi "Ginnesin rekordlar kitabı"na düşüb. Maraqlısı odur ki, bu satışda dövlətə nə qədər vergi ödənəcək və ən başlıcası - nömrənin dəyərinin qiymətləndirilməsində hansı meyarlar əsas götürülüb? Ümid edirik, müvafiq dövlət qurumları bu sualları cavablandıracaqlar.
Onu da xatırladaq ki, son illər ərzində Azərbaycanda heç bir iş adamı və ya xeyriyyəçi 100 min manat dəyərində ianə verməyib. Milli.az
Azvision.az-ın əməkdaşı həmin nömrəyə zəng edərək məlumatı dəqiqləşdirmək istəyib. Zəngimizə cavab verən nömrənin sahibi xəbərləri yalanlayaraq 055 666 66 66 nömrəsini çoxdan istifadə etdiyini, satın almadığını deyib. “Bu nömrəni mən neçə illərdir işlədirəm. Heç kimə satmamışam, nə də satmaq niyyətim var. Bakcell özünü reklam eləmək üçün bu addımı atıb. Mətbuatda yayılan xəbərləri oxumuşam. Şişirdirlər. Mən bu neçə illərdir işlədirəm”, - deyə həmin nömrənin sahibi qeyd edib.
Kimliyini öyrənmək istəsək də sözügedən nömrənin sahibi özünü təqdim etməkdən imtina edib. “Ad, soyadımı bilmək istəyirsinizsə, Bakcell-ə müraciət edə bilərsiniz”.
Qeyd edək ki, bir müddət əvvəl “Katar Telecom”un keçirdiyi hərracda şirkətin ən baha - "666-66-66" - nömrəsinə görə 2,8 milyon dollar ödənilib. Bu həm də dünyanın ən baha nömrəsidir və 2006-cı il mayın 13-də ən bahalı nömrə kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI










