Bakıda yüzlərlə sürücü iki taksi şirkətini boykot etdi- "Maksim" və "Omeqa"

Artıq bir neçə gündür ki, Bakıda minə yaxın taksi sürücüsü "Maksim (2111) və "Omeqa” (0404) çağrı mərkəzlərini boykot edir.
Avtosfer.az xəbər verir ki, sürücülər bu şirkətlərdə qiymətlərin həddən artıq ucuz olması və təklif olunan şərtlərin onları qane etmədiyini bildirirlər. Boykotçu sürücülər bu şirkətlərdən sifarişləri qəbul etmir, öz sıralarını getdikcə genişləndirmək üçün səy göstərirlər.
Sürücülər arasında təşkilatlanma işinə start verilib. Artıq "Telegram" sosial şəbəkəsində "Boykot” kanalı yaradılıb və bir neçə gün ərzində 943 sürücü bu kanala abunə olub.
Həmçinin Taksi Sürücülərinin İctimai Birliyi təsis edilib və qurumun "Facebook" səhifəsi yaradılıb.
Aksiyanın elan edilən məqsədi sürücülərin hüquqlarını pozan və insan əməyi üzərində minimum qiymət rəqabətinə girən çağrı mərkəzlərini və şirkətləri boykot etməkdir.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












