Bakıda 18 sahibkar marşrutlarını itirdi

Azərbaycan Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda sərnişindaşımaların təhlükəsizliyinin təmin olunması üzrə mübarizəni sərtləşdirmək niyyətindədir. Bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. Onun sözlərinə görə, ictimai nəqliyyatda sərnişindaşımaların təhlükəsizliyinin təmin olunması ən vacib məsələlərdən biridir və nazirlik tərəfindən bu istiqamətdə müntəzəm şəkildə lazımi reydlər aparılır, lakin hələlik sərnişin avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının tam şəkildə alınması mümkün olmayıb. M.Pənahov bildirib ki, lakin təhlükəsizlik qaydalarına riayət etməyən sürücülər barəsində işdən kənarlaşdırılmaya kimi sərt ölçülər tətbiq edilir. Həmçinin belə pozuntular və sərnişindaşımaların keyfiyyətinin aşağı olması səbəbindən sahibkarlar da marşrutlardan kənarlaşdırılırlar. Pənahovun sözlərinə görə, son illər ərzində marşrutlardan 17-18 sahibkar uzaqlaşdırılıb.
Nazir müavini deyib ki, ictimai nəqliyyatda rəqabətin artırılması üçün “Baku Bus” şirkəti yaradılıb ki, bu da ictimai nəqliyyatda xidmətlərin keyfiyyətinin yüksəldilməsinə də gətirib çıxaracaq: "Bu, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətini təmin etməyə imkan verəcək".
"Baku Bus" şirkəti Bakı Şəhər İcra Hakimiyyəti yanında yaradılıb. Onun üçün Fransanın "Iveco" şirkətindən “Crealis CNG” markalı 150 avtobus alınıb. Bu avtobuslar müasir ekoloji standartlara (Avro-6) cavab verir və qazla işləyir. Onlarda GPS sistemləri quraşdırılıb. Trend
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












