Bakıda 19 yaşlı avtomobil kabusu ələ keçdi

Bakıda bir çox oğurluqda şübhəli bilinən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Taleh Vaqif oğlu Xəlilov tutulub.
Araşdırma nəticəsində məlum olub ki, Taleh Vaqif oğlu Xəlilov oktyabrın 12-də Balaxanı qəsəbəsi Q.Salahov küçəsində, Pənah Burcəliyevə məxsus “VAZ-2106” markalı avtomobildən maqnitafon və sənədlər, sentyabrın 19-na keçən gecə Ramana qəsəbəsində, Telman Babayevə məxsus “Mercedes” markalı avtomobildən 900 manat, sentyabrın 27-də Sabunçu qəsəbəsində, Elvin Məmmədova məxsus “VAZ-2106” markalı avtomobildən maqnitafon, 2 ədəd səsgücləndirici, oktyabrın 7-də Sabunçu qəsəbə ərazisində Böyükşor şossesində, Ruslan Kərimova məxsus “Oka” markalı, Bəylər Əliyevə məxsus “VAZ-21074” markalı avtomobildən iki ədəd səsgücləndirici, Yalçın Şərifova məxsus “VAZ-21099” markalı avtomobildən isə maqnitafon qarət edib.
Bundan əlavə, o, avqustun 6-dan 14-dək olan müddətdə Ə.Bağırov küçəsində kirayədə yaşayan Südabə İsgəndərovanın evindən, qapını sındımaqla qızıl-zinət əşyaları, sentyabrın 2-də Balaxanı qəsəbəsində, Şamil Aslanovun evindən 950 manat və 1500 ABŞ dolları, oktyabrın 11-nə keçən gecə, Ramana qəsəbəsində, Sənan Musayevin evindən 300 metr elektrik naqili oğurlayıb.
Nurlan
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












