Bakıda 22:00-dan sonra bu yola çıxmayın

Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı-Ələt avtomobil yolunun Azneft meydanından Bakı Su İdman Mərkəzinə qədər olan hissəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in mətbuat xidmətinin rəhbəri Anar Nəcəfinin Avtosfer.az-a verdiyi məlumata görə, işlər hər iki istiqamətdə aparılacaq. Bununla bağlı olaraq sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni rənglənmə işləri bir hərəkət zolağında aparılırsa, nəqliyyat vasitələri digər hərəkət zolaqları ilə hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirə biləcəklər.
Qeyd edək ki, I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri Ziya Bünyadov prospektində, bakı Dairəvi-1 avtomobil yolunda, Bakı-Ələt avtomobil yolunun “Lökbatan dairəsi”ndən “Bibiheybət məscidi”nədək olan hissəsində yekunlaşıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən görülən işlərər anlayşla yanaşmalarını xahiş edir.
Eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 25 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin edilən yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət edilir və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılıb.
Emin
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










