Vətən müharibəsi iştirakçısını "Tik-Tok" üstündə öldürdülər - YENİLƏNİB

Prokurorluq Bakıda gənc oğlanın "Tik-Toka"a görə öldürülməsi faktı ilə bağlı məlumat yayıb. Nizami rayon Prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, noyabrın 9-u saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov “Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini, 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Avtosfer.az-ın əldə etdiyi xəbərə görə, qətlə yetirilən Natiq Ramazanov Zaqatala sakinidir. O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.
N.Ramazanovun meyiti bu gün doğulduğu Zaqatala rayonuna aparılaraq dəfn edilib.
***
9 noyabr, saat 23:47
Bakıda qətl törədilib.
Lent.az xəbər verir ki, hadisə bu gün paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 37 ünvanında fəaliyyət göstərən gül dükanının yanında qeydə alınıb.
Bakı şəhər sakini, 39 yaşlı Əli Musayev Zaqatala sakini, 30 yaşlı Natiq Ramazanovu bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən Əli Musayev saxlanılıb.
İlkin məlumata görə, qətl "Tik-Tok" üstündə olub.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA












