Bakıda 66 minə yaxın piyada cərimələndi

Bakıda ilin əvvəlindən polis tərəfindən 65832 piyada cərimələnib. Avtosfer.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
“Yol hərəkəti haqqında” qanunun 40-cı maddəsinin piyadaların hüquq məsələsini tənzimlədiyini qeyd edən V.Əsədov bildirdi ki, bu maddənin tələbləri piyadalar tərəfindən pozulduqda İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq, onlar saxlanılır və məsuliyyətə cəlb edilir.
Bölmə rəisinin sözlərinə görə, piyadaların avtomobillər tərəfindən vurulmasının qarşısını almaq üçün yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb: “100-dən artıq polis əməkdaşımız həmin ərazilərdə xidmət aparır. Bu isə o deməkdir ki, piyadalar arasında nizam-intizam yüksəlib və hadisələrin səviyyəsi aşağı düşüb. Həqiqətən də kütləvi piyadaların saxlanılaraq cərimələnməsi piyada vurma ilə nəticələnən qəzaların sayına təsir edib. Yəni piyadaların nizam-intizamın yüksəldilməsi, yollarda təhlükəsiz davranışlarının qorunması və beləliklə də yol hərəkətində mədəniyyət səviyyəsinin artırılması, şüur səviyyəsinin yüksəldilməsi istənilən halda hadisələrin sayının aşağı düşməsinə təsir göstərir”.
Piyadaların iştirakı ilə baş verən qəzaların sayının azalması istiqamətində polislə yanaşı vətəndaşların da üzərinə böyük məsuliyyətin düşdüyünü deyən polkovnik vurğuladı ki, bunun üçün hər bir evdə bu barədə tərbiyəvi iş aparılmalıdır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












