Bakıda "8" yazan sürüclər - VİDEO

Sərxoş sürücülərin iştirakı ilə baş verən qəzalarda 25 nəfər dünyasını dəyişib. ANS-in məlumatına görə, avtomobillər və yollar mənzil başına çatmağımızda bir vasitə olsa da, kiçik bir diqqətsizlik və məsuliyyətsizlik səbəbindən baş verən qəzalar hər gün bir neçə insanı son mənzilə yola salır. Elə sərxoş sürücülərin də içkili halda maşını idarə etməsi həm sürücü üçün, həm də maşında olan digər sərnişinlər üçün son olur. Spirtli içki qəbul edərək sükan arxasına keçərək qəza törədən sürücülərin iştirakı ilə bu ilin 10 ayı ərzində 50 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 25 nəfər dünyasını dəyişib, 59 nəfər yaralanıb. Belə sürücülərə qarşı nə qədər tədbir görülsə də amma nəticə hələ də ürəkaçan deyil.
Baş Dövlət Yol Polisi İdarəsinin höbə rəisi Kamran Əliyev baş verən bu qəzalarda ölənlərin çoxunun uşaqlar olduğunu dedi. Onun sözlərmnə görə, BDYPİ-nin əməkdaşları da belə sürücülərə qarşı tədbirləri davam etdirirlər. Nəticədə bu il Bakı şəhəri üzrə 717 000-dən çox inzibati protokol tərtib olunub ki, nəticədə 6000-dən çox sərxoş sürücü aşkarlanıb.
Bakı şəhər DYPİ-nin bölmə rəisi Vaqif Əsədov isə sərxoş halda maşınları idarə edən sürücülərə qarşı tədbirlərin hələ də davam etdiyini söylədi. Onun sözlərinə görə, bu halların qarşısının alınması üçün sürücülərə 500 manata qədər cərimə və həbs tətbiq olunub.
Odur ki həyatınızı içkiyə qurban verməyə dəyməz. İnsan hər sükan arxasına oturanda ölümlə üz-üzə dayanır. Buna görə də diqqətli olmaq lazımdır. Həm öz həyatınız həm də başqalarının həyatı üçün.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO










