Bakının mərkəzində ağac naməlum səbəbdən yandı - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.
İlkin məlumata görə, yanğın nəticəsində bir ədəd şam ağacı və 20 m² sahədə quru ot yanıb.
Həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
Yanğın söndürülüb.
10:57
Bakının mərkəzində ağaclar yanır.
Yanğın barədə görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib.
Məlumatına görə, hadisə Xətai rayonu ərazisində Cavanşir körpüsünün yaxınlığında baş verib. Yaşayış binasının qarşısındakı ağaclar naməlum səbəbdən yanmağa başlayıb.
Hadisə şahidlərinin sözlərinə görə, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinə zəng edilib, əraziyə yanğınsöndürənlər cəlb edilib.
Həmin görüntüləri təqdim edirik:
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












