Bakıda ağır qəzada ölən qızın kimliyi bilindi - FOTO

Bu gecə Bakıda ölümlə nəticələnmiş qəzada dünyasını dəyişən qızın kimliyi məlum olub. Avtosfer.az-ın FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, qəzada faciəvi şəkildə dünyasını dəyişən 19 yaşlı Abdullayeva Nərmin Rasim qızıdır. Qəza zamanı avtomobilin altına düşərək sıxılmış vəziyyətdə qalan mərhumun cəsədini FHN xilasediciləri çıxarıblar.
Xatırladaq ki, bu gecə Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus avtomobilin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib. ABŞ səfirliyinə məxsus “Chevrolet” markalı maşınla “Zontes” markalı motosiklet toqquşub. Qəza “Chevrolet” ABŞ səfirliyinin Azadlıq prospektində yerləşən binasına dönərkən baş verib. Böyük sürətlə hərəkət edən motosiklet səfirliyin maşınına arxadan çırpılıb. Qəza zamanı motosikletdə yedəkdə oturan qız hadisə yerindəcə keçinib. Motosikletin sürücüsü olan gənc isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Motosikletdə əyləşən qızın qoruyucu kaskası olmayıb.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












